16ecab6c-fb1b-44ae-aef8-b53dec76e235..jpg

Bakıda 7 000 manatlıq məişət əşyaları və heykəltaraşlıq avadanlıqları oğurlanıb

Baxış sayı: 812 dəfə baxılıb.

Bakıda 7 000 manatlıq məişət əşyaları və heykəltaraşlıq avadanlıqları oğurlanıb

Bakıda 7 000 manatlıq məişət əşyaları və heykəltaraşlıq avadanlıqları
oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının
daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şüvəlan
qəsəbəsindəki evlərdən birinin həyətindəki saxlanc yerindən 7 000 manat
dəyərində məişət əşyaları, heykəltaraşlıq avadanlıqları və təmir alətləri
oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Abbas Əliyev
müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link