Bakıda ana və qızı döyülüb, ölən var
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda kişi qonşusunu yumruqla vuraraq öldürüb.
“Report” xəbər verir ki, hadisə oktyabrın 30-da baş verib.
Belə ki, həmin gün saat 23 radələrində 1969-cu il təvəllüdlü Sayruz Hidayət
oğlu Səttərov aralarında yaranmış mübahisə nəticəsində qonşuları – Bakı şəhəri,
Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 21 ünvanında kirayədə yaşayan 1959-cu
il təvəllüdlü Marina Yevgenyevna Çabanova və qızı 1987-ci il təvəllüdlü Nərminə
Mayis qızı Vəliyevanın sifət nahiyələrinə yumruqla xəsarətlər yetirmiş və həmin
xəsarətlərin təsirindən huşunu itirən Marina Çabanova oktyabrın 31-də saat 9
radələrində ayıldıqdan sonra qızı Nərminə Vəliyevanı yataq otağında döşəmənin
üzərində ölmüş vəziyyətdə aşkar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanmış,
Sayruz Səttərov şübhəli şəxs kimi tutulub.