e7cd7b83-44ad-4d3f-b460-7d77ff68f401..jpg

Bakıda dələduzluqda təqsirləndirilən “falçı”nın məhkəməsi başlayıb – FOTO

Baxış sayı: 909 dəfə baxılıb.

Bakıda dələduzluqda təqsirləndirilən “falçı”nın məhkəməsi başlayıb – FOTO

Bakıda falçı adı ilə dələduzluq etməkdə təqsirləndirilən Günəş Qasımovanın
cinayət işi üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən
prosesdə elan edilib ki, təqsirləndirilən şəxsin vəkillərindən biri məhkəməyə
gəlməyib.

Proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, ittiham aktına əsasən, Bakı şəhər sakini G.Qasımova
zərərçəkmişlərin ailə üzvlərinin birinə falçı olduğunu bildirib və qeyri-adi
güc vasitəsilə onların üzləşdikləri bəzi problemlərin həllində köməkliklər
göstəriləcəyini deyib.

O, aldatma yolu ilə zərərçəkmişlərin 50 000 ABŞ dolları və 15 000 manat pulunu
dələduzluq yolu ilə ələ keçirib.

G.Qasımova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi
üzrə ittiham olunur.

Cinayət işi üzrə Arif Firuz oğlu Qafarzadə və Vüsalə İnqilab qızı Qafarzadə
zərərçəkmiş qismində tanınırlar.

Source link