f07d4219-03af-4040-a932-a46c63ed604c..jpg

Bakıda həmyerlisini dəmir parçası ilə qətlə yetirməkdə təqsirləndirilən çinlinin məhkəməsi başlayır

Baxış sayı: 800 dəfə baxılıb.

Bakıda həmyerlisini dəmir parçası ilə qətlə yetirməkdə təqsirləndirilən
çinlinin məhkəməsi başlayır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən Çin vətəndaşı Yuan
Tiangangın məhkəməsi başlayır.

“Report”un məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin
hakimi Əhməd Quliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin iyulunda paytaxtın Nizami rayonunda baş verib.

Belə ki, Çin vətəndaşı, 1983-cü il təvəllüdlü Yuan Tiangang Keşlə qəsəbəsi
ərazisində yerləşən yataqxanada aralarında yaranmış mübahisə zamanı həmyerlisi
1975-ci il təvəllüdlü Pan Yuan Lianga dəmir parçası ilə xəsarətlər yetirib.
Hadisə nəticəsində zərəçəkmişin həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr
müəyyən edilib.

Y.Tiangang təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq
barəsində həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham
irəli sürülüb.

Source link