1a28005a-723a-4ba9-8c15-8751e1133eef..jpg

Bakıda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək

Baxış sayı: 752 dəfə baxılıb.

Bakıda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək

Bakıda müasir Azərbaycanın qurucusu, Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil
ediləcək.

“Report” xəbər verir ki, konsert aprelin 17-də saat 19:00-da Bakıdakı “Rus
Evi”ndə keçiriləcək.

Tədbirin konsert proqramı Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən
hazırlanıb.

Konsertdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin solisti Günay
Qasımova, beynəlxalq festivalların laureatı Kənan Qədimov, Qara Qarayev adına
Azərbaycan Dövlət Kamera Orkestrinin solisti Leyla Kərimova, Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə
doktoru Alyona İnyakina, Bakı Musiqi Akademiyasının konsertmeysteri Dilarə
Kərimova, şair, Azərbaycan və Rusiya Yazıçılar Birliyinin üzvü Sahib Məmmədov
və başqaları iştirak edəcəklər.

Qeyd edək ki, tədbirə giriş pulsuzdur.

Source link