f284a400-038d-4a08-bf58-9247633f80f2..jpg

Bakıda iki ev yandı

Baxış sayı: 776 dəfə baxılıb.

Bakıda iki ev yandı

Bakının Xəzər rayonunda iki evdə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan, tikintisi başa çatmayan
ikimərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 60 kvadratmetr
sahədə, 2-ci mərtəbəsinin tavanı və ondulindən ibarət dam örtüyü 60 kvadratmetr
sahədə və yaxınlıqda, ümumi sahəsi 90 kvadratmetr olan, birmərtəbəli evin
ondulindən ibarət dam örtüyü 3 kvadratmetr sahədə yanıb. Birmərtəbəli evin
qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Source link