5983af50-787e-408e-917b-a126e23889b4..jpg

Bakıda ilk dəfə 100 lövhədə şahmat seansı keçirildi – FOTO

Baxış sayı: 1. 131 dəfə baxılıb.

Bakıda ilk dəfə 100 lövhədə şahmat seansı keçirildi – FOTO

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat
Federasiyasının təşkilatçılığı ilə Dənizkənarı Bulvarda tanınmış şahmatçılar
eyni anda 100 lövhədə seansda iştirak ediblər.

Federasiyadan verilən məlumata görə, seans zamanı üçqat Avropa çempionu,
gənclər arasında ikiqat dünya çempionu Şəhriyar Məmmədyarov, üçqat Avropa
çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbov, üçqat qitə çempionları Rauf
Məmmədov, Qədir Hüseynov, eyni zamanda müxtəlif yaş qrupları üzrə dünya, Avropa
çempionatının qalib və mükafatçıları Abdulla Qədimbəyli, Zeynəb Məmmədyarova və
Gülnar Məmmədova balaca və yeniyetmə şahmatçılara qarşı mübarizə aparıb.

İki saata yaxın davam edən seansda 15 partiya heç-heçə başa çatıb, iki oyunda
yeniyetmələr qələbə qazanıblar.

Tədbirin sonunda yeniyetmə şahmatçılara Azərbaycan Şahmat Federasiyasının
xatirə hədiyyələri təqdim olunub.

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan eyni anda 100 lövhədə
seanslar növbəti aylarda digər regionlarda təşkil olunacaq.

Source link