Bakıda işsiz şəxsləri aldadan qadın saxlanıldı

Bakıda işsiz şəxsləri aldadan qadın saxlanıldı

Baxış sayı: 3. 846 dəfə baxılıb.

Bakıda işsiz şəxsləri aldadan qadın saxlanıldı

Bakıda kişiləri aldadan qadın saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Masallı rayon sakini K.İbişov cari il fevral ayının 25-də Neftçala rayon sakini S.Panəliyeva tərəfindən aldadılaraq 20 manatının alındığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Dələduzluq etməkdə şübhəli bilinən S.Panəliyeva polis əməkdaşları tərəfindən saxlanılıb və o, törətdiyi əməli etiraf edib.

Polis əməkdaşları tərəfindən onun digər analoji əməllərinin də üstü açılıb. Belə ki, S.Panəliyevanın işə düzəltmək adı ilə 50-yə yaxın vətəndaşı aldadaraq hər birindən 20 manat pul aldığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.