a0e35de3-f351-42d9-a6da-f240a89af73e..jpg

Bakıda Kino Forumu başa çatıb – YENİLƏNİB + FOTO

Baxış sayı: 861 dəfə baxılıb.

Bakıda Kino Forumu başa çatıb – YENİLƏNİB + FOTO

Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə
“Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr
olunmuş Kino Forumu başa çatıb.

Cixisyolu.com xəbər verir ki, tədbirdə ölkənin mədəniyyət və ictimaiyyət xadimləri,
xarici qonaqlar və media mənsubları iştirak ediblər.

İki gün davam edən forum çərçivəsində Azərbaycan kinosunun bu günü və gələcəyi
ilə bağlı təkliflər müzakirə olunub.

Forumda kino sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi zamanı
nələrin nəzərə alınmalı olduğu, tamaşaçının yerli filmlərə marağının
artırılmasının necə tənzimlənməsi, “Azərbaycanfilm” kinostudiyasının 100 illik
tarixi və gələcək perspektivləri, xarici sərmayənin kino sənayesinə cəlb
olunması prinsipləri mövzularına toxunulub.

Sonda xatirə fotosu çəkdirilib.

11:08

Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə
“Azərbaycan Kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusuna həsr
olunmuş Kino Forumunun ikinci günü başlayıb.

Cixisyolu.com xəbər verir ki, tədbirdə ölkənin mədəniyyət və ictimaiyyət xadimləri,
xarici qonaqlar və media mənsubları iştirak edirlər.

Forum çərçivəsində Azərbaycan kinosunun bu günü və gələcəyi ilə bağlı
təkliflər müzakirə olunur.

Qeyd edək ki, forum bu gün “Biznes. Kino və digər audiovizual əsərlərin
maliyyələşməsinin prinsip və mexanizmləri” adlı üçüncü və “Azərbaycan kinosunda
beynəlxalq təcrübənin tətbiqi” adlı dördüncü panelləri ilə işini davam etdirir.

Müzakirələrdə kino sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi zamanı
nələrin nəzərə alınmalı olduğu, tamaşaçının yerli filmlərə marağının
artırılmasının necə tənzimlənməsi, “Azərbaycanfilm” kinostudiyasının 100 illik
tarixi və gələcək perspektivləri, xarici sərmayənin kino sənayesinə cəlb
olunması prinsipləri kimi mövzulara toxunulacaq.

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid

Source link