fa20ae06-239e-4fde-a22e-d41f291bb829..jpg

Bakıda kişi dayısı qızı olan keçmiş arvadını niyə qətlə yetirdi? – TƏFƏRRÜAT

Baxış sayı: 1. 133 dəfə baxılıb.

Bakıda kişi dayısı qızı olan keçmiş arvadını niyə qətlə yetirdi? – TƏFƏRRÜAT

Bakının Xətai rayonunda qətl törətməkdə təqsirli bilinən 1976-cı il təvəllüdlü
İlqar Qəribovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim
Əli Məmmədovun sədrliyi ilə baş tutan iclasda prokuror Eldar Həmzəyev ittiham
aktını elan edib.

İttihama görə, İlqar Qəribov keçmiş həyat yoldaşı, 1983-cü il təvəllüdlü
Raminə Qəribovanı Əhmədli qəsəbəsində qətlə yetirib.

Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli
bilib. O bildirib ki, qətl hadisəni qısqanclıq səbəbi ilə törədib.

İstintaq sənədlərinə görə, İlqar Qəribovla keçmiş həyat yoldaşı Raminə
Qəribova bibioğlu-dayıqızı olublar. Onların bir oğlu, bir qızı var.

Qətl hadisəsi baş verən zaman onların oğulları hərbi xidmətdə olub. Hətta
2022-ci ilin dekabrında hadisə baş verən vaxt Raminə Qəribovanın hərbi xidmətdə
olan oğlu ilə telefonla danışdığı barədə də məlumatlar yayılıb.

İlqar Qəribov keçmiş arvadı ilə barışmaq istəsə də, Raminə Qəribova razılıq
verməyib. Çünki onun səmimiyyətinə inanmayıb.

İstintaq orqanı tərəfindən İlqar Qəribovun barəsində Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Source link