c25a4a51-7ffd-432f-b98e-a1b9d4d04413..jpg

Bakıda kişi tanışı olan qadını hotelin pəncərəsindən atdı – MƏHKƏMƏ

Baxış sayı: 704 dəfə baxılıb.

Bakıda kişi tanışı olan qadını hotelin pəncərəsindən atdı – MƏHKƏMƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda tanışını qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxsin
barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Nəsimi Rayon Prokurorluğu məlumat yayıb.

Belə ki, bu ilin fevralın 16-da 1997-ci il təvəllüdlü Sücayət İbrahimovanın
paytaxtın Nəsimi rayonunda yerləşən hotellərdən birinin pəncərəsindən yıxılaraq
xəsarət alması faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin
istintaqı tamamlanıb.

İstintaqla 1995-ci il təvəllüdlü Şükür Qənbərovun qeyd edilən tarixdə
aralarında yaranmış mübahisə zamanı Sücayət İbrahimovanı döyməsi, daha sonra
onu öldürmək niyyəti ilə hotelin altıncı mərtəbəsində yerləşən otağın
pəncərəsindən aşağı ataraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr
müəyyən edilib.

Şükür Qənbərova Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd)
maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri
seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər
Məhkəməsinə göndərilib.

Source link