Bakıda kişini öldürmək üçün havalandırma qurğusuna atdılar – VİDEO + YENİLƏNİB

Bakıda kişini öldürmək üçün havalandırma qurğusuna atdılar – VİDEO + YENİLƏNİB

Baxış sayı: 7. 049 dəfə baxılıb.

Bakıda havalandırma sisteminin borusuna düşən şəxs xilas edilib.

Bu barədə ÇıxışYolu.Com-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1988-ci il təvəllüdlü Mehrəliyev Asif Çingiz oğlu “Alov” restoranının havalandırma sisteminin borusunda köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı borudan çıxarıb və adiyyəti üzrə təhvil verib. 

Əməliyyat başa çatıb.

10:57

Bakıda orta yaşlı kişi “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən restoranın havalandırma qurğusunun içərisində qalıb.

Bu barədə ÇıxışYolu.Com-a hadisə şahidləri məlumat veriblər. 

Onların sözlərinə görə, “Alov” restoranının havalandırma qurğusunun içərisinə düşən şəxs Asif Mehrəliyevdir. A. Mehrəliyev vurğulayıb ki, kimsə onu qurğunun içinə atıb. 

Zərərçəkən bildirib ki, onu öldürmək məqsədi ilə gecədən ora atıblar. 

Hadisə şahidləri iddia edirlər ki, o şəxs gecə saatlarında restorana havalandırma qurğusu ilə daxil olaraq oğurluq etmək istəyib. Onun niyyəti baş tutmayıb.

Məlumatda qeyd olunur ki, onu çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Elvin Əhmədov
www.ÇıxışYolu.Com