59a5d89a-f63f-4cb2-9ffc-8d3378fe6171..jpg

Bakıda kuryerin velosipedini oğurlayan şəxs saxlanıldı – YENİLƏNİB + VİDEO

Baxış sayı: 858 dəfə baxılıb.

Bakıda kuryerin velosipedini oğurlayan şəxs saxlanıldı – YENİLƏNİB + FOTO/VİDEO

Paytaxtın Nərimanov rayonunda velosiped oğurluğunda şübhəli bilinən şəxs
saxlanılıb.

Nərimanov RPİ 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən
tədbirlərlə əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 181-ci
(quldurluq) maddələri ilə məhkum olunmuş 1978-ci il təvəllüdlü İslam Babayev
müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun rayon ərazisində müxtəlif ünvanlardan 5 velosiped
oğurlaması müəyyən olunub.

Araşdırmalar davam etdirilir.

14:16

Paytaxt ərazisində kuryer işləyən şəxsin velosipedi oğurlanıb.

Baku.ws-in “qaynar xətti”nə daxil olan məlumata görə, hadisə mayın 9-da Fətəli
xan Xoyski 98a küçəsində qeydə alınıb.

Şikayətçinin sözlərinə görə, oğurluqla bağlı 18-ci Polis Bölməsinə məlumat
verilib.

Hadisə anı binanın təhlükəsizlik kameralarına düşüb. Videoda orta yaşlı
kişinin velosipedi oğurlaması aydın görünür.

Sözügedən görüntüləri təqdim edirik:


Source link