91850508-b575-4727-a5d0-4a2d84cc70ba..jpg

Bakıda memarlıq abidəsində qanunsuz müdaxilənin qarşısı alındı – FOTO

Baxış sayı: 1. 212 dəfə baxılıb.

Bakıda memarlıq abidəsində qanunsuz müdaxilənin qarşısı alındı – FOTO

Bakıda memarlıq abidəsində qanunsuz müdaxilənin qarşısı alınıb.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Səbail rayonu Mehdi Hüseyn küçəsi 75 ünvanında yerləşən yerli
əhəmiyyətli memarlıq abidəsində (inv. 3369) bayram günlərində aparılan qanunsuz
müdaxilənin qarşısı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları
tərəfindən alınıb.

Qeyd edilib ki, aparılan işlər dayandırılıb. Qanunvericilik çərçivəsində
atılacaq addımlar barədə əlavə məlumat veriləcək:

“Bir daha bütün vətəndaşlardan və əlaqədar təşkilatlardan xahiş olunur ki,
tarixi abidələrə hər hansı müdaxilə halları ilə qarşılaşdıqları zaman
Mədəniyyət Nazirliyinin iş nömrələrinə və 147 qaynar xəttinə, eləcə də
Nazirliyin rəsmi sosial media hesablarına dərhal məlumat versinlər”.

Source link