38ee8b17-8da8-4a8b-9f6a-15ef8da44745..jpg

Bakıda müğənninin başını kəsdilər – YENİLƏNİB + FOTO

Baxış sayı: 660 dəfə baxılıb.

Bakıda müğənninin başını kəsdilər – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qətlə yetirilən Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş.

“Report”un əldə etdiyi məlumata görə, o, “Azəristar” yarışmasının iştirakçısı
olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır.

Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun
xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.

Hadisə qısqanclıq zəminində törədilib. A.Həşimov Y.Nərimanın başını kəsərək
küçəyə atıb.

A.Həşimov daha sonra polisə gedərək könüllü təslim olub.

14:36

Oktyabrın 16-da saat 14 radələrində paytaxtın Nizami rayonunda evlərin birində
1985-ci il təvəllüdlü Yaqut Himayət qızı Həşimovanın kəsilmiş-deşilmiş
xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, qadının həyat yoldaşı 1984-cü il təvəllüdlü Anar Malik oğlu
Həşimov könüllü olaraq polisə gələrək təslim olub. O, saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Source link