f74db146-5b10-4c26-9175-33d3322dd214..jpg

Bakıda müğənniyə görə həbs edilən baş həkimlə bağlı YENİ QƏRAR

Baxış sayı: 1. 356 dəfə baxılıb.

Bakıda müğənniyə görə həbs edilən baş həkimlə bağlı YENİ QƏRAR

Bakı şəhəri, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi
Rauf İsfəndiyarov barəsində qərar dəyişdirilib.

“Qaynarinfo”nun məlumatına görə, müğənni Dəniz Əsədovanın yarım milyon
manatdan artıq pulunu mənimsəməkdə ittiham edilən baş həkim barəsində məhkəmə
yeni qərar verib.

Belə ki, bu ilin fevral ayında barəsində istintaq müddəti üçün 3 aylıq həbs
qətimkan tədbiri seçilən R.İsfəndiyarov Sabunçu Rayon Məhkəməsinin yeni qərarı
ilə istintaq müddəti üçün ev dustaqlığına buraxılıb.

Cinayət işinin istintaqının isə Baş Prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsinə verildiyi bildirilir.

Qeyd edək ki, müğənni Dəniz Əsədova Rauf İsfəndiyarovun ondan yarım milyon
manatdan artıq pulu 2017-2018-ci illərdə aldığını deyib. Lakin baş həkim
verdiyi vədə əməl etməyərək, pulları da öz şəxsi ehtiyaclarına xərcləyib.

Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan
vurmaqla) maddəsi ilə iş açılan baş həkimin müğənniyə vəd verərək 627 min
manatlıq dələduzluq etdiyi bildirilir.

Source link