Bakıda musiqi alətləri mağazasından oğurluğa cəhd olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Noyabrın 1-də gecə saatlarında Binəqədi rayonu ərazisində yerləşən və qorunan
musiqi alətləri mağazasından Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı
daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları dərhal həmin ünvana gəliblər və oradan
oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxs saxlanılaraq 40-cı Polis
Bölməsinə təhvil verilib.
Onun Qubadlı rayon sakini T.Ələsgərov olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.