60234368-1425-4a5d-bfad-e951c185cba3..jpg

Bakıda NATO heyəti ilə məsləhətçi görüşü keçirilib – FOTO

Baxış sayı: 721 dəfə baxılıb.

Bakıda NATO heyəti ilə məsləhətçi görüşü keçirilib – FOTO

Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə
Əməkdaşlıq Proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi
qulluqçularının və NATO-nun Ramştayn HHQ Komandanlığının mobil təlim qrupunun
nümayəndələrinin iştirakı ilə özünüqiymətləndirmə təliminin məsləhətçi görüşü
keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimin birinci günündə qonaqlara inzibati məlumatlandırma və bölmənin
fəaliyyəti barədə brifinqlər təqdim edilib.

Sonra təlimin strukturu, ssenarisi, qarşıya qoyulan tapşırıqlar və məqsədlərlə
bağlı kurs iştirakçılarına məlumatlar verilib. Həmçinin NATO-nun mobil təlim
qrupu tərəfindən “Vertolyotların əməliyyatlarda istifadəsi” mövzusunda təlim
kursu və qitmətləndiricilərin fəaliyyətinə dair mövzular izah olunub.

Daha sonra sindikatlar üzrə müxtəlif hazırlıq fəaliyyətləri icra edilib.

Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində keçirilən tədbir
müddətində HHQ-nin aidiyyəti bölmələrində fəaliyyətlərin NATO standartlarına
uyğun təşkil olunması, müdafiə və təhlükəsizlik tədbirlərinin təmin edilməsi,
eləcə də digər mövzularda brifinqlər təqdim edilib.

Source link