967094b7-01f6-4531-b4eb-5ef1a1442b85..jpg

Bakıda NATO-nun təlim kursu keçirilir – FOTO

Baxış sayı: 888 dəfə baxılıb.

Bakıda NATO-nun təlim kursu keçirilir – FOTO

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi
Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində NATO-nun Brunssumda yerləşən
Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “Operativ səviyyədə
əməliyyatın qiymətləndirilməsi” mövzusunda təlim kursu keçirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Milli Müdafiə Universitetində keçirilən təlim kursunda
iştirakçılara brifinq təqdim olunub, mobil təlimin ssenarisi, qarşıya qoyulan
tapşırıqlar və məqsədlərlə bağlı ətraflı məlumat verilib.

Kurs müddətində “NATO və hərbi əməkdaşlıq”, “NATO-da əməliyyatların planlama
prosesi”, “NATO-da əməliyyatların qiymətləndirilməsi”, “NATO-da əməliyyatların
analiz sistemləri və bunlara əhatəli yanaşma” və digər mövzularda brifinqlər
təqdim olunacaq, eləcə də qeyd olunan mövzulara dair müxtəlif məşğələlər
keçiriləcək.

Cari ilin fevral ayının 10-dək davam edəcək kursda Azərbaycan Ordusunun
müxtəlif qoşun növlərindən olan hərbi qulluqçular iştirak edirlər.

Source link