131294c3-49fe-4624-8f1e-73f479b45a62..jpg

Bakıda “Prius”un sürücüsü qadını vuraraq öldürdü

Baxış sayı: 932 dəfə baxılıb.

Bakıda “Prius”un sürücüsü qadını vuraraq öldürdü

Bakıda avtomobil qadını vuraraq öldürüb.

APA xəbər verir ki, 1993-cü il təvəllüdlü Niftəliyev Həbib Vidadi oğlu idarə
etdiyi “Toyota Prius” markalı avtomobil ilə Yasamal rayonu, Nazim Hikmət küçəsi
istiqamətində hərəkətdə olarkən şəxsiyyəti məlum olmayan qadını vurub.

Nəticədə sonuncu aldığı ağır dərəcəli xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbə Cinayət Məcəlləsinin
263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Source link