2a8d04d9-9336-44a9-b77e-cfa8ba26c6fb..jpg

Bakıda qadın qətlə yetirildi: Əri polisə təslim oldu

Baxış sayı: 1. 180 dəfə baxılıb.

Bakıda qadın qətlə yetirildi: Əri polisə təslim oldu

Mayın 10-da saat 12:30 radələrində paytaxtın Sabunçu rayonunda evlərin birində
1983-cü il təvəllüdlü Quliyeva Sevinc Fəxrəddin qızının kəsilmiş-deşilmiş
xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini
törətməkdə şübhəli bilinən, S.Quliyevanın həyat yoldaşı 1977-ci il təvəllüdlü
Zöhrab Quliyev Quləli oğlu könüllü polisə təslim olub.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Source link