Bakıda tələbəni vuran “Chrysler”in qaçırıldığı məlum oldu

Bakıda tələbəni vuran “Chrysler”in qaçırıldığı məlum oldu

Baxış sayı: 3. 003 dəfə baxılıb.

Bakıda tələbəni vuran “Chrysler”in qaçırıldığı məlum oldu

Aprelin 5-də Bakının Yasamal rayonunda yolu keçmək istəyən tələbənin maşınla vurulmasının təfərrüatı məlum olub.

Yasamal rayonu Polis İdarəsindən ÇıxışYolu.Com-a verilən məlumata görə, Azərbaycan Texniki Universitetinin III kurs tələbəsi, 1999-cu il təvəllüdlü Şahbazi İlkin Bəxtiyar oğlunu vuran “Chrysler” markalı avtomobilin sükanı arxasında Rəsulov Tural Söhbət oğlu olub.

Məlum olub ki, o bu maşını Bakı Əyləncə Mərkəzinin dayanacağından həmin gün saat 12.00-da qaçırıb. Hadisə isə saat 13.50-də baş verib.

50 DC 346 dövlət nömrə nişanlı “Chrysler” markalı avtomobilin sahibi isə  23 yaşlı Vəliyev Samir Əmirxan oğludur.

Bildirilir ki, T. Rəsulova qarşı Cinayət Məcəlləsinin iki müvafiq maddəsi ilə cinayət işi açılıb.

Ramella İbrahimxəlilova