8bc67e1d-d63a-4664-99f5-47b303a2fa39..jpg

Bakıda təşkil olunacaq MINEPS VII-nin Təşkilat Komitəsinin ilk iclası keçirildi – FOTO

Baxış sayı: 749 dəfə baxılıb.

Bakıda təşkil olunacaq MINEPS VII-nin Təşkilat Komitəsinin ilk iclası
keçirildi – FOTO

Bu il iyunun 26-dan 29-dək Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və
Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) keçiriləcək.

Mötəbər tədbirin yüksək səviyyədə təşkili üçün Azərbaycan Respublikası
Prezidentiİlham Əliyev martın 11-də “Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin
və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MINEPS VII) 2023-cü
ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması
haqqında” Sərəncam imzalayıb.

Gənclər və İdman Nazirliyinin yaydığı məlumata görə, bu gün tədbirə hazırlıqla
bağlı Təşkilat Komitəsinin ilk iclası keçirilib. Təşkilat Komitəsinin sədri,
gənclər və idman naziri Fərid Qayıbov iclası açaraq üzvləri salamlayıb və
əvvəlcə tədbirin əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, 150-dən çox
ölkənin idman nazirləri səviyyəsində iştirak edəcəyi MINEPS VII UNESCO-nun
idman sahəsi ilə bağlı beynəlxalq konfransıdır.

Ötən ay Parisdə, UNESCO-nun qərargahında 100-dək ölkənin iştirakı ilə ilk
təqdimatın baş tutduğunu qeyd edən Fərid Qayıbov bildirib ki, hazırlıq işləri
ilə bağlı Təşkilat Komitəsi nəzdində işçi qrup fəaliyyət göstərir və tədbirin
yüksək səviyyədə təşkili üçün bütün məsələlər müvafiq sahələrə məsul qurumlarla
koordinasiya olunur.

İclasda MINEPS VII hazırlıq işləri barədə təqdimat dinlənilib və Təşkilat
Komitəsinin üzvü olan aidiyyəti qurumların təmsilçiləri ilə müzakirələr
aparılıb.

Source link