bfd0cb97-4b86-4af9-83eb-fc42960947c1..jpg

Bakıda Ukrayna üçün oynayan Putin – FOTO

Baxış sayı: 849 dəfə baxılıb.

Bakıda Ukrayna üçün oynayan Putin – FOTO

Bakıda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş
minifutbol üzrə beynəlxalq turnirin qrup mərhələsi başa çatır.

On yığma komandadan altısı bu gün mübarizəni davam etdirir. Onların arasında
Ukrayna yığması da var ki, öz heyəti ilə ilk oyundan diqqət çəkib. Belə ki,
komandada Putin soyadlı futbolçu oynayır. 16 nömrə altında çıxış edən Viktor
Putin hətta qrup mərhələsində Cənubi Afrika ilə matçda (6:1) vurduğu qolla da
fərqlənib.

Ukraynalı futbolçu soyadına görə tez-tez həmyerlilərinin inamsızlığı ilə
üzləşir. O, bununla bağlı “Teleqraf.com.ua”ya müsahibəsində bildirib ki, bunu
anlayışla qarşılayır, lakin bəzən ona və ailəsinə qarşı hədə-qorxu gəlinir.
Yeri gəlmişkən, yarımmüdafiəçinin atasının adı da Vladimir olduğu üçün onu
hətta telefonla da hədələyirlər.

Futbolçu Polşada yaşayır və aşağı divizion klublarından birində oynayır. O,
həmçinin xeyriyyəçiliklə də məşğul olur və bununla doğma ölkəsinə kömək edir.

Qeyd edək ki, Ukrayna yığması Bakıda keçirilən turnirdə çıxışını davam
etdirir. Bu gün Putin və komandası pley-offda Çexiya ilə qarşılaşacaq. Qalib
yarımfinala yüksələcək. Azərbaycan millisi də eyni mərhələdə Fransa ilə
qarşılaşır.

Source link