9acda99c-c242-47cd-a532-815165b0aa7c.jpg

Bakıda yarım milyonluq dələduzluq edən şəxsin cəzası azaldıldı

Baxış sayı: 377 dəfə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Rahib Nağdalıyevin
barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 6 il müddətinə
azadlıqdan məhrumetmə hökm dəyişdirilib, cəzası 2 ay azaldılıb.

İttihama görə, Rahib Nağdalıyev 12 nəfərə “Sədərək” Ticarət Mərkəzində
meyvə-tərəvəz biznesi ilə məşğul olduğunu bildirib. O, həmin şəxslərə biznesinə
pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib. Rahib Nağdalıyev bu
yolla zərərçəkmişlərdən 2020-2022-ci illərdə paytaxt ərazisində ümumilikdə 546
100 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra o, verdiyi vədə əməl
etməyib və zərərçəkmişlərin şikayəti əsasında saxlanılaraq cinayət
məsuliyyətinə cəlb edilib.

Source link