fd7dd9d8-e053-4b4f-8b11-3deb033702ca..jpg

Bakıda yeniyetmə anasını qətlə yetirib – MƏHKƏMƏ İŞİ

Baxış sayı: 1. 057 dəfə baxılıb.

Bakıda yeniyetmə anasını qətlə yetirib – MƏHKƏMƏ İŞİ

Bakı Apellyasiya Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən İdeal
Məmmədzadə barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası
başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ziya Şirinovun sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 4-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, beş il müddətinə azadlıqdan
məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin aprelində paytaxtın Nizami rayonunda qeydə
alınıb.

Belə ki, Bakı metrosunun “Neftçilər” stansiyası yaxınlığında 1985-ci il
təvəllüdlü Ülviyyə İsmayılova oğlu, 2007-ci il təvəllüdlü İ.Məmmədzadə ilə
mübahisə edib. Nəticədə oğul anasını qətlə yetirib.

İ.Məmmədzadəyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə)
maddəsi ilə ittiham irəli sürülüb.

Source link