cda441d5-7d44-4091-b57f-9ac8eb71c83a..jpg

Bakıdakı abidələrlə bağlı monitorinqlərə başlanıldı

Baxış sayı: 773 dəfə baxılıb.

Bakıdakı abidələrlə bağlı monitorinqlərə başlanıldı

Bəzi abidələrin üzərindəki məlumat lövhələri yeniləri ilə əvəzlənəcək.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və
Bərpası üzrə Dövlət Xidmətindən məlumat yayıb.

Qeyd olunub ki, Dövlət Xidməti Bakı şəhərində yerləşən tarix-memarlıq
abidələrinin mühafizəsinin gücləndirilməsi, abidələrə qanunsuz müdaxilələrin
qarşısının alınması məqsədilə monitorinq aparılır. Eyni zamanda bir müddət öncə
paytaxtda yerləşən tarix-mədəniyyət abidələrinə vurulan məlumat lövhələri də
monitorinq edilir.

Aparılan monitorinqlər nəticəsində bəzi tarix-mədəniyyət abidələrindəki
məlumat lövhələrinin vurulma texnikası, orada yer alan məlumatlarla bağlı
qeyri-dəqiq faktlar aşkar olunub, habelə bəzi abidələrin mühafizəsinin düzgün
qurulmadığı müəyyən edilib. Hazırda qeyd olunanları nəzərə almaqla məlumat
lövhələrində yer alan informasiyaların təhlil edilərək dəqiqləşdirilməsi, əlavə
məlumatların daxil edilməsi və yenilənməsi üçün tədbirlər görülür, həmçinin
mühafizə işinin gücləndirilməsi istiqamətində addımlar atılır.

Dövlət xidmətindən qeyd olunub ki, abidələrin üzərindən məlumat lövhələrinin
çıxardılması binanın abidə statusunun itirilməsi deyil, bu lövhələrdə aşkar
edilmiş nöqsanlarla bağlıdır. Bu lövhələr araşdırmalar bitdikdən sonra yeniləri
ilə əvəzlənəcək.

Source link