Bakıdan Füzuliyə yola salınan 117 sakinə mənzillərinin açarları təqdim olunub
– YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Oktyabrın 14-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış
kompleksindən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat
xidmətindən bildirilib ki, yeni köçürülən ailələrə mənzillərinin açarlarının
təqdimat mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna
daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla)
xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Qeyd edək ki, bu mərhələdə Füzuli şəhərinə daha 28 ailə – 117 nəfər köçürülüb.
Bununla da Füzuli şəhərində 258 ailə, yəni 928 nəfərin daimi məskunlaşması
təmin edilib.
07:10
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan
Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
“Report” xəbər verir ki, oktyabrın 14-də növbəti köç karvanı Bakı şəhərinin
Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb.
Bu mərhələdə Füzuli şəhərinə daha 28 ailə – 117 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən
sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan
yaranıb. Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli
dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezidentMehriban Əliyevaya, torpaqlarımızı işğaldan azad edən rəşadətli
Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad
ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 258 ailə, yəni 928 nəfərin daimi məskunlaşması
təmin edilib.