16b43847-cd96-417f-9b7c-2b6aab346462..jpg

Baldızının evindən oğurluq edən qadının cəzası artırıldı

Baxış sayı: 597 dəfə baxılıb.

Baldızının evindən oğurluq edən qadının cəzası artırıldı

Şəki Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Sevinc Bağırova və
onun bacısı Bağçagül Əliyevanın barəsindəki hökmdən verilən apellyasiya
şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin
edilməyib, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən
təmin olunub, Şəki Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, Sevinc Bağırovanın beş il altı ay müddətinə azadlıqdan məhrumetmə
cəzası altı il altı ay müddətinə, Bağçagül Əliyevanın beş il müddətinə
azadlıqdan məhrumetmə cəzası altı il müddətinə artırılıb.

İttihama görə, Sevinc Bağırova bacısı Bağçagül Əliyeva ilə birlikdə qabaqcadan
əlbir olan bir qrup şəxs halında baldızı, zərərçəkmiş Vəsilə Bağırovanın
yaşadığı evin həyətində olan sandıqda və evin otağındakı şüşəli dolabda
saxladığı ümumilikdə 81 953 manat pulu 2021-ci ilin oktyabr ayının 10-dan
2022-ci ilin aprel ayının 18-nə qədər olan müddətdə oğurlayıb. Daha sonra hər
iki bacı zərərçəkmişin şikayəti əsasında saxlanılıb və onların barəsində
Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla
törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Source link