Banklar əhaliyə borc vermək istəmir

Banklar əhaliyə borc vermək istəmir

Baxış sayı: 2. 355 dəfə baxılıb.

Bank sektorunun xalis kredit portfeli bu il martın 1-nə 9 677,3 mln. manat təşkil edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib. 

Banklarının depozit portfeli isə hesabat dövrünə 17 140,3 mln. manat təşkil edib. Bir ay ərzində depozitlər rəqəmlə ifadədə 226 milyon manat çoxalıb.

Depozitlərin həcmi aylıq 1% artığı halda, faizlərə çəkilən xərclər 2 dəfədən çox yüksəlib. Belə ki, 2018-ci ilin yanvar ayında banklar depozitlər üzrə faizlərin ödənilməsinə 32 milyon manat xərcləsələr də, fevral ayında bu rəqəm 64 milyon manat olub. 

Onu da qeyd edək ki, kreditləşmə illik müqayisədə 29 % azalıb, depozitlər isə 5,7% artıb. 

.
www.ÇıxışYolu.Com