b87c6b38-59b9-464c-9619-5bd73cebcdb8..jpg

“Barselona” “Liverpul”un yarımmüdafiəçisini pulsuz transfer etməyə hazırlaşır

Baxış sayı: 982 dəfə baxılıb.

“Barselona” “Liverpul”un yarımmüdafiəçisini pulsuz transfer etməyə hazırlaşır

“Liverpul”un yarımmüdafiəçisi Nabi Keyta və “Kristal Pelas”ın hücumçusu
Vilfrid Zaha yay transfer pəncərəsində “Barselona”ya keçə bilər.

Hər iki futbolçunun müqaviləsi mövsümün sonunda başa çatır, ona görə də ispan
klubu oyunçuları pulsuz transferlə əldə etməkdə maraqlıdır.

28 yaşlı Nabi Keytanı “Liverpul” 2018-ci ilin yayında “Leypziq”dən 60 milyon
avroya alıb. Bu mövsüm yarımmüdafiəçi bütün yarışlarda 13 matçda qol vurmadan
meydanda olub. Tərəflər arasında müqavilə bu mövsümün sonunda başa çatır.

30 yaşlı Zaha “Kristal Pelas”ın yetirməsidir. O, 2013-cü ildə “Mançester
Yunayted”ə keçərkən klubdan ayrılıb. Lakin 2014-cü ilin avqustunda Zaha doğma
komandasına qayıdıb.

Mənbə: championat.com

Source link