Baş həkimi öldürənin apellyasiya məhkəməsi yekunlaşıb

Baş həkimi öldürənin apellyasiya məhkəməsi yekunlaşıb

Baxış sayı: 5. 666 dəfə baxılıb.

Şirvan Apellyasiya Məhkəməsində Lənkəran rayon sakini Vüqar Abbasovun Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il martın 18-nə keçən gecə Vüqar Abbasov və Fail Hüseynov Lənkəran Xolmili kənd ambulatoriyasının baş həkimi, 67 yaşlı Vahab Səfərovun evinə qanunsuz daxil olub, baş nayihəsindən küt alətlə dəfələrlə zərbələr vuraraq ona ağır xəsarətlər yetiriblər. 

Yaralı əvvəl Rayon Mərkəzi Xəstəxanasına, daha sonra Bakıdakı özəl klinikalardan birinə çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq, ayın 26-da Səfərov aldığı ağır kəllə-beyin travmasından keçinib. 

V. Abbasov və F. Hüseynov Lənkəran RPŞ-nin əməkdaşları tərəfindən həbs olunublar. Saxlanılan Hüseynov təcridxanada özünü polis əməkdaşının silahı ilə güllələyərək intihar edib. Bu səbəbdən onun barəsində başlanılan cinayət işinə xitam verilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Abbasov 19 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Məhkum hökmdən apellyasiya şikayəti verib.

Şirvan Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq V.Abbasovun apellyasiya şikayətini təmin etməyərək, hökmü dəyişdirilmədən saxlayıb. 

C.H.
www.ÇıxışYolu.Com