Baş nazirin müavini: Həmsədrlərdən sərbəst və cəsarətli addımlar gözləyirik

Baş nazirin müavini: Həmsədrlərdən sərbəst və cəsarətli addımlar gözləyirik

Baxış sayı: 3. 036 dəfə baxılıb.

ATƏT-in Minsk qrupu və həmsədrlər nəhayət, sərbəst və cəsarətli addımlar atmalıdırlar.

ÇıxışYolu.Com xəbər verir ki, bunu baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov deyib.

O, qeyd edib ki, həmsədrlər Qarabağ münaqişəsinin ədalətli həlli yönümündə bəyanatlardan konkret əməli fəaliyyətə keçməli, Ermənistana ciddi təsir və təzyiqlər göstərməlidir.

“Biz bir sıra ciddi problemlərə baxmayaraq, danışıqlar prosesinin davam etdirilməsinin tərəfdarıyıq.

Münaqişənin sülh, danışıqlar yolu ilə ədalətli həllini istəyirik.

Əslində müharibə Ermənistanın ziyanına, Azərbaycanın isə xeyrinə işləyir.

Əgər Azərbaycan görsə ki, danışıqlar, sülh yolu ilə artıq münaqişənin ədalətli həllinə nail olmaq mümkün deyil, o zaman digər vasitələrdən-hərb variantından istifadə etməklə, öz torpaqlarını azad edəcək”, -deyə Ə.Əhmədov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

www.ÇıxışYolu.Com