af207ca2-9eec-47bc-aab9-ba4f6f119c5b..jpg

“Bavariya”dan gözlənilməz məğlubiyyət, “Borussiya” darmadağınla zirvəni ələ keçirdi – YENİLƏNİB + VİDEO

Baxış sayı: 1. 249 dəfə baxılıb.

“Bavariya”dan gözlənilməz məğlubiyyət, “Borussiya” darmadağınla zirvəni ələ
keçirdi – YENİLƏNİB + VİDEO

“Borussiya” (Dortmund) “Bavariya”nın “Maynts”a məğlubiyyətindən maksimum
yararlanıb.

Cixisyolu.com xəbər verir ki, Bundesliqanın XXIX turunda “Ayntraxt”ı qəbul edən
Dortmund klubu rəqibini darmadağın edib – 4:0.

Donyel Malenin dubl etdiyi qarşılaşmada digər qolları Mats Hummels və Cud
Bellinqem vurublar.

Qələbə sayəsində xallarını 60-a çatdıran “Borussiya” zirvəni ələ keçirib.
Komanda “Bavariya”nın bir xal üstələyir.

20:10

Almaniya Bundesliqasında XXIX turun oyunları keçirilir.

Cixisyolu.com xəbər verir ki, lider “Bavariya” “Maynts”ın qonağı olub.

Münhenlilər bu görüşdə gözlənilməz məğlubiyyətlə üzləşiblər – 1:3.

Hesabı ilk hissədə “Bavariya” açsa da, meydan sahibləri fasilədən sonra üç qol
vurmaqla qələbə qazanıblar.

“Bavariya” 59 xalla zirvədədir. Komanda bir oyun artıq keçirdiyi ən yaxın
izləyicisi “Borussiya”nı (Dortmund) iki xal üstələyir.

Dortmund klubu bu gün “Ayntraxt”ı məğlub edə bilsə, zirvəni ələ keçirəcək.


Source link