0ea3eb72-011c-498a-9ea3-daaafbc6ea7f..jpg

“Bavariya”nın hücumçusu “Mançester Siti”yə qarşı oynamayacaq

Baxış sayı: 777 dəfə baxılıb.

“Bavariya”nın hücumçusu “Mançester Siti”yə qarşı oynamayacaq

“Bavariya”nın hücumçusu Erik-Maksim Şupo-Motinq Çempionlar Liqasının 1/4
finalında “Mançester Siti” ilə ilk oyunda komandasına kömək edə bilməyəcək

34 yaşlı kamerunlu futbolçu dizindən zədəlidir. Bu səbəbdən Bundesliqada
“Frayburq”la (1:0) matçı buraxan kamerunlu forvardın “şəhərlilər”lə görüşdə
sıraya dönəcəyi düşünülsə də, bu, mümkün olmayıb.

Sabah keçiriləcək “Mançester Siti” – “Bavariya” matçı Bakı vaxtı ilə 23:00-da
start götürəcək.

Mənbə: “Reuters”

Source link