Bayden: “Təl-Əvivə Vaşinqtonun İsrailə dəstəyini dünyaya nümayiş etdirmək üçün
gəlmişəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Birləşmiş Ştatlar İsrailin müdafiəsi üçün lazım olan bütün yardımların davam
etməsini təmin edəcək”.
Bu barədə ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə
görüşündə bildirib.
“İsrail hücumlara cavaba davam etmək məcburiyyətində qaldığına görə, düşünürəm
ki, sizin özünüzü müdafiə etmək üçün lazım gələn hər şeyə sahib olduğunuzdan
əmin olmalıyıq”, – deyə Ağ Ev rəhbəri bildirib.
ABŞ lideri əlavə edib ki, o, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi
fonunda Vaşinqtonun İsrailə dəstəyini dünyaya nümayiş etdirmək üçün Təl-Əvivə
gəlib.
İsrailin baş naziri Benyamin Netanyahu öz növbəsində Fələstin-İsrail
münaqişəsinin yeni kəskinləşməsi başlayandan bəri Vaşinqtonun göstərdiyi
qeyd-şərtsiz dəstəyə görə ABŞ-yə minnətdar olduğunu bildirib.
“Mən sizin dəstəyinizi hər gün görürəm, bu müharibənin əvvəlindən bəri mövcud
olan əməkdaşlığın miqyası ölkələrimiz arasındakı gözəl müttəfiqlik tarixində
həqiqətən görünməmiş bir səviyyəyə çatıb”, – deyə Netanyahu bildirib.
Baş nazir bu dəstəyi İsrailin özünü müdafiə etməsi uçun ABŞ-nin Təl-Əvivi
lazım olan vasitələrlə qeyd şərtsiz təchiz etmək öhdəliyində, o cümlədən
düşmənlərə göndərilən açıq mesajda və bu sözləri hərəkətlə dəstəkləmək üçün
bölgəyə göndərilən iki aviadaşıyıcı döyüş qrupunda gördüklərini vurğulayıb.
Netanyahu Baydenə müraciətində HƏMAS-ın İŞİD-dən daha pis olduğunu bildirib və
radikal qrupun hərəkətlərini nasistlərin cinayətləri ilə müqayisə edib.
“Sivil dünya nasistləri, İŞİD-i məğlub etmək üçün birləşdiyi kimi, HƏMAS-ı
məğlub etmək üçün də birləşməlidir. Sizi əmin edə bilərəm ki, İsrail HƏMAS-ı
məğlub etmək üçün həmrəy olub. Biz HƏMAS-ı məğlub edəcəyik, bu dəhşətli
təhlükəni həyatımızdan siləcəyik”, – deyə Netanyahu bildirib.
Mənbə: TASS