9c9c6aee-52fa-46ce-9c5b-c60b225cbe63..jpg

Bayram günlərində KTM-ə zəhərlənmə ilə bağlı müraciət edənlərdən biri ölüb

Baxış sayı: 699 dəfə baxılıb.

Bayram günlərində KTM-ə zəhərlənmə ilə bağlı müraciət edənlərdən biri ölüb

Bayram günlərində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 72 nəfər
müraciət edib.

Bu barədə KTM-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onlardan 15-i Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə
isə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.

Şöbəyə qəbul olunan xəstələrdən səkkizi qadın, altısı kişi, biri uşaq olmaqla
altısı dərmandan, beşi sirkə turşusundan, ikisi etanoldan, biri ilan
sancmasından zəhərlənib. Bir nəfər isə allergik reaksiya səbəbindən şöbəyə
yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, sirkə turşusundan zəhərlənən bir nəfər qadın
dünyasını dəyişib.

Source link