Bayramın son günü üçün hava proqnozu açıqlanıb

Bayramın son günü üçün hava proqnozu açıqlanıb

Baxış sayı: 2. 596 dəfə baxılıb.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ÇıxışYolu.Com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə  6-9° isti, gündüz 11-16° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti təşkil edəcək. Atmosfer  təzyiqi  normadan yuxarı 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 50-55% olacaq.

Martın 25-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, Qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz  16-21° isti, dağlarda gecə 2-7° isti,  gündüz 11-16° isti təşkil edəcək.

www.ÇıxışYolu.Com