5431663e-f37b-4681-841c-0d7b3cad1a30..jpg

Baytarlıq müfəttişi: “Ölkəyə idxal edilən heyvanların sağlamlığını nəzarətdə saxlayırıq” – FOTO

Baxış sayı: 663 dəfə baxılıb.

Baytarlıq müfəttişi: “Ölkəyə idxal edilən heyvanların sağlamlığını nəzarətdə
saxlayırıq” – FOTO

“Ölkəyə idxal edilən heyvanların sağlamlığını nəzarətdə saxlayırıq. Həm
damazlıq, həm kəsim üçün verilən heyvanlar ölkəyə daxil olan zaman izlənilir və
bu proses öncədən icazə alınmaqla həyata keçirilir”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında baş baytarlıq
müfəttişi, AQTA-nın şöbə müdiri Qalib Əbdüləliyev deyib.

O bildirib ki, icazə alınan zaman sağlamlığına zəmanət verilməyən ölkələrdən
Azərbaycana heyvan gətirilməsinə qətiyyən razılıq verilmir:

“Bu gün Azərbaycanda damazlıq məqsədilə idxal edilən heyvanlar daha çox Avropa
ölkələrindən gətirilir”.

Könül Cəfərli

Source link