f2fb7b7a-57d2-442b-aea7-af75bbec19df..jpg

BBC-nin Azərbaycanın Qarabağ bölgəsindən qərəzli xəbərinin arxasında nə dayanır?

Baxış sayı: 603 dəfə baxılıb.

BBC-nin Azərbaycanın Qarabağ bölgəsindən qərəzli xəbərinin arxasında nə
dayanır?

BBC Yayım Korporasiyası (BBC) Azərbaycanın Qarabağ bölgəsindən birtərəfli və
qərəzli süjet hazırlayıb.

“Report” xəbər verir ki, ABŞ-nin erməni əsilli musiqiçi Serj Tankyan və
separatçı Artak Beqlaryan jurnalistlərlə “həmsöhbət” olublar.

BBC-nin daim münaqişələrin işıqlandırılmasında qərəzsizliyini, fikir
plüralizmi və ifadə azadlığı prinsiplərini bəyan etməsinə baxmayaraq, söhbət
Azərbaycandan gedəndə şirkət bunu tamamilə “unudur”.

Əvvəla, A.Beqlaryan Azərbaycan ərazisindəki marionet qurumun “dövlət nazirinin
müşaviri” kimi təqdim edilib. Ərazi bütövlüyü rəsmi London tərəfindən şübhə
altına alınmayan Azərbaycanın.

BBC-nin Britaniya hökumətinin rəsmi mövqeyinə zidd bir süjet yayımlaması ciddi
suallar doğurur.

İkincisi, jurnalist etikasına əsaslanaraq, hər hansı hadisəni işıqlandırarkən
qərəzsizlik prinsipinə riayət etmək lazımdır. Belə olan halda Azərbaycanın
bölgəsindən süjet hazırlayan BBC Qarabağın mənsub olduğu ölkənin mövqeyini
ifadə etməli idi. Amma bu təmin olunmadı və bu, onu deməyə əsas verir ki,
BBC-nin planının və ümumilikdə siyasətinin məqsədi Azərbaycanı ləkələmək və
separatçı rejimə müəyyən qədər subyektivlik verməkdir.

Aydın görünür ki, BBC Azərbaycan əleyhinə təbliğat aparır, separatçı qurumun
subyektivliyi mövzusunu süni şəkildə gündəmə gətirməyə çalışır. Əgər hansısa
korporasiya Azərbaycana qarşı qərəz və qərəzli yanaşma nümayiş etdirirsə və ya
siyasətimizdən razı deyilsə, deməli, ölkədə ona yer yoxdur, buna görə də media
qurumunun əməkdaşlarının akkreditasiyası ləğv edilməlidir.

Source link