4a906ce1-3f8c-4644-9071-f4a6788b2852..jpg

BDU tələbəsinin ata-anası Türkiyədəki zəlzələdə həlak olub

Baxış sayı: 979 dəfə baxılıb.

BDU tələbəsinin ata-anası Türkiyədəki zəlzələdə həlak olub

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi Türkiyədə baş vermiş zəlzələdə
valideynlərini itirib.

Modern.az-ın məlumatına görə, BDU-nun tələbəsi, Türkiyə vətəndaşı olan Xədicə
İlikin ata-anası Adıyaman bölgəsində dağıntılar altında qalaraq həlak olub.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin
Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə
Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr
olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 40 minə yaxın insan dünyasını
dəyişib.

Source link