6dad0914-83da-4871-9644-ab8545507c15..jpg

BDYPİ piyadalara xəbərdarlıq edib

Baxış sayı: 639 dəfə baxılıb.

BDYPİ piyadalara xəbərdarlıq edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları
piyada məsuliyyətinin artırılması və onların iştirakı ilə baş verən
yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbir
keçiriblər.

İdarədən bildirilib ki, Sumqayıt şəhərində təşkil olunan növbəti tədbir zamanı
yaxınlıqdakı yerüstü və yeraltı piyada keçidlərindən istifadə etməyən,
avtomobillərin intensiv hərəkət etdiyi yolda özləri ilə yanaşı, digər hərəkət
iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla
maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti qaydalarına riayət etməyin
həyati əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, öz həyat və sağlamlıqlarına biganə yanaşaraq inzibati xətalara
yol verən şəxslərin diqqətinə çatdırılıb ki, piyadalar tərəfindən yolun hərəkət
hissəsinin müəyyən olunmayan yerdən keçilməsinə görə 20 manat, sürət həddi 80
kilometr/saat və daha artıq müəyyənləşdirilmiş yollarda isə 40 manat məbləğində
inzibati cərimə tətbiq olunur.

İdarə piyada intizamının möhkəmləndirilməsinə yönələn tədbirlərin mütəmadi
olaraq həyata keçiriləcəyini bildirir və hər kəsi cəmiyyətimiz üçün mühüm
əhəmiyyət kəsb edən bu məsələdə həmrəy olmağa çağırır.

Source link