d90566e0-351b-47cf-bfe4-b5d27f732564..jpg

Belçikada İran xalqının rejimə qarşı qurtuluş hərəkatına dəstək mitinqi keçiriləcək – FOTO/VİDEO

Baxış sayı: 1. 212 dəfə baxılıb.

Belçikada İran xalqının rejimə qarşı qurtuluş hərəkatına dəstək mitinqi
keçiriləcək – FOTO/VİDEO

Martın 25-də Belçikada İran xalqının rejimə qarşı qurtuluş hərəkatına dəstək
mitinqi keçiriləcək.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, Brüsselin Lüksemburq meydanında başlayacaq yürüş Avropa
Parlamentinin inzibati binası qarşısında mitinqlə davam edəcək.

“Azadlıq, Ədalət, Milli Hökumət” yalnız Güney Azərbaycana aid olan milli
qurtuluş şüarı deyil‼️ Əslində bu şüar İranda 100 ildən artıq əsarətdə yaşayan
bütün qeyri-fars millətlərin qurtuluş şüarıdır. Nə gözəl ki, bu dövrdə Güney
Azərbaycan türkləri həmişəki kimi millətlərin qurtuluş hərəkatına rəhbərlik
edir. Nə mutlu türküm deyənə!”, – deyə kanaldan əlavə edilib.

Source link