9a4a550c-77ae-4c73-adca-ce2e7222f9c1..jpg

Belqorod beynəlxalq hava limanının hasarına partlayıcısı olan dron çırpıldı – FOTO

Baxış sayı: 808 dəfə baxılıb.

Belqorod beynəlxalq hava limanının hasarına partlayıcısı olan dron çırpıldı –
FOTO

Üzərində partlayıcı qurğu olan dron Rusiyanın Belqorod beynəlxalq hava
limanının hasarına çırpılıb. Zərbə zamanı qurğu partlayıb.

Təyyarə tipli pilotsuz uçuş aparatı V.G.Şuxov adına Belqorod hava limanının
hasarını uçurub.

Partlayış nəticəsində ölən və xəsarət alan yoxdur, siqnal kabeli və hasar
zədələnib.

Ölkənin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədirlər.

Ukrayna ilə sərhəddən 35 kilometr aralıda yerləşən hava limanı normal rejimdə
işləyir.

Mənbə: “SHOT” “Telegram”

Source link