bbd44215-c485-4fbd-a697-5ae2f2cd30f0..jpg

Beş rayonda ağac kəsməklə bağlı cinayət işləri başlanıb

Baxış sayı: 713 dəfə baxılıb.

Beş rayonda ağac kəsməklə bağlı cinayət işləri başlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Göyçay, Bərdə,
İmişli, Biləsuvar və Yardımlı rayonları ərazisində qanunsuz ağackəsmə faktları
ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluqdan verilən xəbərə görə, araşdırmalar zamanı Göyçay rayonunun
Şıxbəy, Bərdə rayonunun Əyricə, İmişli rayonunun Ağaməmmədli kəndlərində,
Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən
162-ci kilometrliyində meşə fonduna aid olmayan, habelə Yardımlı rayonu
ərazisində meşə fonduna daxil olan, ümumilikdə 568 ədəd ağac və kolun qanunsuz
kəsilməsi nəticəsində təbiətə 60 min manatdan çox ziyan vurulması müəyyən
edilib.

Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.3 və
259.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli və
külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri
başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına
göndərilib.

Source link