61e1d54c-5349-40ea-baf1-95bca7edf5f3..jpg

Beyləqanda keçmiş məhkumlar arasındakı dava qanla bitdi

Baxış sayı: 968 dəfə baxılıb.

Beyləqanda keçmiş məhkumlar arasındakı dava qanla bitdi

Beyləqanda keçmiş məhkumlar arasında dava olub.

Lent.az-ın məlumatına görə, hadisə Beyləqan şəhəri S.İmrəliyev küçəsində qeydə
alınıb.

Orada yaşayan keçmiş məhkumlar Tural Abdullayev və Rövşən Paşayev arasında
şəxsi münaqişə zəminində dava baş verib.

Nəticədə Tural Abdullayev Rövşən Paşayevin döş qəfəsinə bıçaq sancıb. Rövşən
Paşayev xəstəxanaya yerləşdirilib. Hadisəni törədən T. Abdullayev saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb. Araşdırılma aparılır.

Source link