Beyləqanda polisə tabe olmayan sürücü həbs olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Noyabrın 2-də saat 11 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları
tərəfindən Beyləqan şəhəri ərazisində üzərində dövlət qeydiyyat nişanları
olmayan “Mercedes-Benz” markalı avtomobilə saxla işarəsi verilib, lakin sürücü
polisin qanuni tələbinə tabe olmayaraq hadisə yerindən yayınıb.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, görülmüş tədbirlərlə
avtomobil saxlanılıb, sürücünün Beyləqan şəhər sakini İlham Fətiyev olması
məlum olub.
Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan dövlət qeydiyyat
nişanı və qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi aşkar olunaraq
götürülüb.
İ.Fətiyev barəsində inzibati protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə onun barəsində 8 gün müddətinə həbs inzibati tənbeh
tədbiri tətbiq olunub.