498d13c9-e2ea-4f05-88de-239c74c107f8..jpg

Beynəlxalq axtarışa verilmiş üç şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Baxış sayı: 850 dəfə baxılıb.

Beynəlxalq axtarışa verilmiş üç şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışa verilmiş 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat verib.

Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Rusiyanın Baş Prokurorluğu
tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi
münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun
olaraq Azərbaycan Respublikası vətəndaşları Şirin Məmmədov, Teymur Quliyevin və
Yalçın İbadov ölkəmizə ekstradisiyası haqqında qərar qəbul olunub.

Belə ki, istintaqı aparılan cinayət işləri üzrə Şirin Məmmədovun Cinayət
Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4-cü və 32.4, 312.1-ci maddələri
(qabaqcdan əlbir olan bir qrup şəxs tərəfindən qulluq mövqeyindən istifadə
etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq və rüşvət verməyə təhrik
etmə), Teymur Quliyevin həmin Məcəllənin 178.3.2-ci maddəsi (külli miqdarda
ziyan vurmaqla dələduzluq), Yalçın İbadovun isə həmin Məcəllənin 182.1-ci
maddəsində (hədə qorxu ilə tələb etmə) nəzərdə tutulmuş cinayət əməlini
törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs
qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barələrində beynəlxalq
axtarış elan edilib.

Hər 3 şəxs Rusiya Federasiyası ərazisində saxlanılaraq aprelin 20-də Ədliyyə
Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana
gətirilib.

Source link