b16fa72d-5f84-47af-9d00-4f3ef709635d..jpg

Biləsuvarda partlayışda həlak olan qadın dəfn edilib

Baxış sayı: 723 dəfə baxılıb.

Biləsuvarda partlayışda həlak olan qadın dəfn edilib

Biləsuvar şəhərində yaşayış binasında partlayış zamanı həlak olan 1988-ci il
təvəllüdlü Günay Əliyeva dəfn edilib.

“Report”un Muğan bürosunun məlumatına görə, o, rayonun Təzəkənd kəndində
yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Xatırladaq ki, partlayış ötən gün axşam saatlarında şəhər ərazisində yerləşən
beşmərtəbəli yaşayış binasında baş verib və nəticədə bir nəfər ölüb, iki nəfər
yaralanıb.

Qadının meyiti binanın qarşısına tökülən dağıntılar altından çıxarılıb.
Partlayışın dalğası nəticəsində qadının dağıntılarla birlikdə binanın qarşısına
atıldığı məlum olub.

Qeyd edək ki, qadının hadisə zamanı xəsarət alan övladları – 2009-cu il
təvəllüdlü F.Əliyeva və 2013-cü il təvəllüdlü Y.Əliyevin müalicəsi Respublika
Yanıq Mərkəzində davam etdirilir.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci
(ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə başlanmış cinayət işinin
ibtidai istintaqı aparılır.

Source link