604ac379-5dd2-4edc-bd6a-c4af14aa5131..jpg

Biləsuvarda qaz kəsiləcək

Baxış sayı: 614 dəfə baxılıb.

Biləsuvarda qaz kəsiləcək

Sabah Biləsuvar rayonunun mərkəzində və 4 kəndində təbii qazın verilişində
fasilə yaranacaq.

Bu barədə “Report”un yerli bürosuna Biləsuvar Rayon İcra Hakimiyyətindən
bildirilib.

Məlumata görə, Biləsuvar Qaz Paylayıcı Şəbəkəsindən qidalanan 5 yaşayış
məntəqəsində (Biləsuvar şəhəri, Xırmandlı, Bəydili, Muğan və Yuxarı Ağalı
kəndlərinin bir hissəsində) 2 150 abonenti təbii qazla təmin edən ortaq
təzyiqli, yeraltı qaz xəttinin təbii qazla kipliyə sınaq edilməsi məqsədilə
sabah saat 10:00-dan işlər başa çatana qədər təbii qazın verilişi
dayandırılacaq.

“Abonentlərdən xahiş edirik ki, qeyd olunan ərazilərdə qaz təchizatı
avadanlıqlarını nəzarətdə saxlamaqla, təhlükəsizlik tədbirlərinə riayət
etsinlər”, – deyə məlumatda qeyd olunub.

Source link